Aygünün barışıq jestinə Röyadan cavab gəldi - "Ətim töküldü"
Tarix: 28-03-2018, 08:21 |
Çap et
DİA.AZ: - Xalq artisti Aygün Kazımovadan küslü olduğu həmkarlarına barışıq addımına qarşı tərəf əməkdar artist Röya Ayxandan cavab gəlib.
DİA.AZ-ın məlumatına görə, ifaçı öz profilində bugünkü paylaşımı ironiya ilə cavablandırıb. Xəbər başlıqlarına "Ətim töküldü.... Adə bəsdirdə, xoda düşər xatirələr"yazıb.
Qeyd edək ki, xalq artisti ötən gün İnstaqram səhifəsində müzakirələrə səbəb olacaq paylaşım edib. Müəllimi, bəstəkar Vaqif Gərayzadəni ad günü münasibətilə təbrik edən müğənni maraqlı video yayımlayıb.
2002-ci ildə Heydər Əliyev Sarayında keçirilən “Gələrsiz-görərsiz” konsertindən olan videoda Kazımovanın küsülü olduğu bir çox məşhurlar - əməkdar artist Tünzalə Ağayeva, Röya Ayxan, müğənnilər Samir Bağırov, Natavan Həbibi, Elnarə Xəlilova və aparıcı Kamran Həsənli də yer alır.
A.Kazımova küsülü olduğu ifaçıların və aparıcını paylaşımında işarələyib. Onun təbrikinə N.Həbibi və E.Xəlilova şərh yazıb.