Aygün və Rahidənin mahnısı Tarkan və Yıldız Tilbeni geridə qoydu
Tarix: 16-04-2018, 08:27 |
Çap et
DİA.AZ: - Xəbər verdiyimiz kimi, məşhur türkiyəli bəstəkar və müğənni Sinan Akçıl “Güzel şeyler” adlı albomunu təqdim edib. Sənətçinin budəfəki albomuna Azərbaycan mahnıları da daxil edilib.
DİA.AZ xəbər verir ki, Sinan Akçılın “Güzel şeyler” adlı albom dünyaca məşhur internet mağazası "iTunes" Türkiyədə 100 albom içərisində 10-cu yerdə ən çox satılanlar sırasındadır.
Beləliklə, sənətçi onunla eyni kategoriyada olan Tarkan, Yıldız Tilbe, Sıla, Burcu Güneş, Nazan Öncel, Gülşen və Sezen Aksu kimi məşhur müğənniləri geridə qoyub.
Qeyd edək ki, Akçıl Xalq artisti Aygün Kazımovanın “Səni belə sevmədilər” və Rahidə Baxışovanın “Deməsinlər” mahnısını oxuyub. “Səni belə sevmədilər”in musiqisi Hakan Erola, sözləri Leyli Erol İsrafilovaya, “Deməsinlər”in sözü və musiqisi isə Zülfi Bədəlova aiddir.