Aygün Kazımovadan Sinan Akçılın onun mahnısını oxumasına münasibət
Tarix: 19-04-2018, 08:11 |
Çap et
DİA.AZ: - Azərbaycanın xalq artisti Aygün Kazımovanın repertuarından olan "Səni belə sevmədilər" mahnısını məşhur türkiyəli bəstəkar və müğənni Sinan Akçılın ifa etdiyini xəbər vermişdik.
DİA.AZ xəbər portalının məlumatına görə, A.Kazımova “Xəzər maqazin”ə açıqlamasında məsələyə münasibət bildirib.
"Təbrik edirəm dostum Sinanı bu layihəsinə və albomunu çıxması ilə bağlı. Ona uğurlar arzu edirəm, bu mahnı mənə uğurlar gətirdi. Arzu edirəm ona uğur gətirsin. Sinan mənim dostumdur və bilirəm o gözəl musiqiçidir, bəstəkardır. " - deyə Kazımova, elə özünə layiq addım ataraq öz mahnısını Akçıla halal edib.