Aygünlə Röyanı barışığa səslədi
Tarix: 24-04-2018, 16:01 |
Çap et
DİA.AZ: - Sayanın qulu, saymayanın ağasıyam. Röya ilə aramızda heç bir problem yoxdur, ola da bilməz”.
DİA.AZ-ın məlumatına görə, bu sözləri müğənni Elnarə Xəlilova “Xəzər maqazin”ə açıqlamasında deyib.
Elnarə xalq artisti Aygün Kazımova ilə Röyanı barışığa səsləyib:
“İstəyirəm barışıq, sülh olsun. Yoruluram... Əgər mən yoruluramsa, görün tamaşaçı nə qədər yorulur. Bu işə qarışmaq istəmirəm.
Aygün Kazımova Natavan Həbibi ilə də barışdı. Şəkillərdə görürəm, Natavan başını Aygün Kazımovanın çiyninə qoyur. Necə xoşdu”.