"Qəlbimdə onun sevgisi var"
Tarix: 24-10-2018, 09:20 |
Çap et
DİA.AZ: - "Çox piardan qaçıram. Etdiyim işi göstərməyi sevirəm. Yeniliklərimlə gündəmə gəlmək istəyirəm. Dedi-qodu mənlik deyil".
Bu sözləri səhnəmizin güclü səsli ifaçısı, xarizmatik müğənni Cəmil DİA.AZ-a açıqlamasında deyib. Müğənni qalmaqaldan uzaq olmağa çalışdığını söyləyib.
Cəmil sevgidən də danışıb. O bildirib ki, qəlbi boş deyil:
"Sevgisiz həyat çox çətindir. Bir insana aşiq ola bilərəm. Ürəyimə birini yerləşdirirəm, oranı qıfıllayıram. Qıfılı son nəfəsimə qədər bağlayıram. Açarın heç kim tapa bilməz, çətindir".