Ağcabədi rayonu, Taynaq kənd sakini Behbudov Namiq Qinyaz oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Həmin məktubu olduğu kimi dərc edirik:
"Möhtərəm Prezident, cənab Ali Baş Komandan!
Məlumat üçün qısa olsa da özüm haqqında aşağıdakıları bildirirəm:
23.03.1983-cü ildə Ağcabədi rayonu, Taynaq kəndində anadan olmuşam. Baytar köməkçisi işləyirdim. Ayda 326 manat pul alırdım...
3 əsgər böyüdürəm. Övladlarımın biri hal-hazırda hərbi xidmətdədir.
Ağcabədi rayon Baytar İdarəsinin baş həkimi zəng edib bildirdi ki, işdən azadsan. Səbəbini də demədi. Bu səbəbdən işdən çıxmaqla bağlı ərizə yazmadım.
Xahiş edirəm, mənə köməklik göstərin, iş yerim bərpa olunsun”.