Ermənistanın hazırkı hökuməti sülh müqaviləsində vasitəçi rolunu üzərinə götürməsi üçün Türkiyəyə daha loyal davranmağa çalışır və Azərbaycanla rəqabət girir.
"DİA-AZ" Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan deyib.
Onun sözlərinə görə, İrəvan Ankaranın regiondakı proseslərdə əsas rolu üzərinə götürməsi üçün çalışır:
“Hökumət bu məsələdə əlindən gələni edir. Bu istiqamətdə atdığı addımları isə fərqli şəkillərdə əsaslandırır və xalqa təqdim edir. Keçmiş prezident Serj Sərkisyan “futbol diplomatiyası” prosesinin təşəbbüskarı olduğu vaxtlarda Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilirdi. Sərkisyan Ankaranı proseslərdən kənarda saxlamaq istəyirdi, lakin hazırkı Baş nazir Nikol Paşinyan tam əksini edir”.
Qeyd edək ki, S.Sərkisyan 2009-cu ildə Ermənistan və Türkiyənin futbol üzrə milli komandaları arasında keçirilən qarşılaşmanı izləmək üçün Türkiyəyə səfər etmişdi.