DİA.AZ: - Son zamanlar medianın gündəmindən düşməyən güclü, təsirli və müxtəlif çalarlı səsə, orijinal ifaçılıq üslubuna malik müğənni Cəmil mükafata layiq görülüb.
DİA.AZ-ın məlumatına görə, ifaçı rejissor Nail Naiboğlunun təşkil etdiyi mükafatlandırma gecəsində "Best of Best" adına layiq görülüb. İfaçı "Oralarda" hiti onu yaxşıların yaxşısı ilə bir araya gətirib.
Mükafatı Cəmilə LİDER TV kanalının siması olan İlahə Nizamiqızı və aktrisa Leyla Hümbətova təqdim edib.
Rəşid Behbudov adına Mahnı Teatrında baş tutan gecədə bir neçə məşhur simalar da iştirak edib.
Xatırladaq ki, Cəmil xarizmatik geyimi ilə qrafı xatırladıb, həm də maqazin jurnalisti və PR meneceri Elton Hacıyevlə işbirliyinə start verdiyini bəyan edib.