DİA.AZ: - Ötən gün “Latin American Music Awards” mükafat mərasiminə meksikalı məşhur aktrisa Samadhi Zendejas da gəlib.
DİA.AZ xəbər verir ki, 23 yaşlı aktrisa geyimi ilə diqqət mərkəzində olub. Samadhinin geyimini məşhur azərbaycanlı dizayner Rüfət İsmayıl hazırlayıb.
Samadhinin qızılı paltarı Azərbaycan mətbuatına yad deyil. Belə ki, həmin geyimii xalq artisti Aygün Kazımova da “Jara”nın Bakıda keçirilən Beynəlxalq Musiqi Festivalında istifadə edib.
Bu məqamda bildirək ki, Aygün Kazımovanın eyni modeldə olan paltarını azərbaycanlı dizayner Rüfət İsmayıl ərsəyə gətirib.