Cəmil eşq etirafını "partladacaq"
Tarix: 15-11-2018, 08:07 |
Çap et
DİA.AZ: - Son zamanlarda adı gündəmdən düşməyən vokal ifaçısı Cəmil Türkiyədəki yeni layihəsinin gecikmə səbəbini açıqlayıb.
DİA.AZ-a yeniliklərindən danışan Cəmil tezliklə növbəti mahnısının işıq üzü görəcəyini bildirib:
"“Mənə nağıl anlatma” mahnısı bitməyib, yarımçıq saxladım. Planlarım dəyişdi. O bəstə ikinci plana keçdi. Çıxış mahnım “Yaxşı ki, varımsan” olacaq. Çox qəşəng bəstədir. Məni sevənlərim kimi sevən olmadı.Çox az qalıb. Seviləcəyinə inanıram. Şərq mahnısına oxşayır. Yeni imic üzərində çalışırıq. Bu imiclə hər kəsi təəccübləndirəm. Dünya ulduzları belə, məni görüb, şoka düşəcək. Sözügedən imicimi ilk dəfə "Yaxşı ki varımsan" mahnıma həsr edilən fotosessiyada görə biləcəksiniz".