DİA.AZ: - Tanınmış danimarkalı aktrisa, model və müğənni, 1980-ci illərin seks-simvolu sayılan Bridget Nielsen Türkiyədə çalışan azərbaycanlı dizayner Rüfət İsmayılın kolleksiyasına müraciət edib.
DİA.AZ-ın məlumatına görə, “Creed2” adlı filminin təqdimat mərasimində 53 yaşlı aktrisa geyimi ilə diqqət mərkəzində olub. Brigetinin paltarını azərbaycanlı dizayner Rüfət İsmayıl hazırlayıb.
Qeyd edək ki, Bridget Nielsen Hollivud ulduzu Silvester Stallonenin eks həyat yoldaşıdır.