DİA.AZ xəbər verir ki, gənc müğənni Zeynəb Həsəni yeni fotosessiyaya imza edib. O, fərqli obrazda kamera qarşısına keçib. Samandan hazırlanmış libası geyinən müğənni yeni layihəsi üçün fotoqraf Səbuhi İmansoyun obyektivinə poza verib. Gənc müğənninin bu şəkilləri haqda da çox danışılacaq kimi görünür. Zeynəbin görünüşü üzərində peşəkar heyət çalışıb.
Belə ki, Zeynəb Həsəninin saç düzümü üzərində “El Stil” ləqəbi ilə tanınan məşhur stilist Elnur çalışıb. Çəkilişdə "make up"ını vizajist Günel Axundovaya həvalə edib. Layihənin prodüseri Mika Hüseynovdur.