DİA.AZ: - Türkiyədə bir ilkə imza ataraq "Alov qadını" obrazında özünü sınamış tanınmış estrada müğənnisi Aslı Zen fotosessiyanın ikinci hissəsini üzə çıxarıb.
DİA.AZ xəbər verir ki, türkiyəli fotoqraf Erman İştahlının obyektivi qarşısına keçən müğənninin cazibədar, qlamur və kreativ görünüşü bu fotosessiyada da gözdən qaçmır.
Abstrakt təfəkkürün məhsulu olan fotoları müğənninin "hindu"ları xatırladan imicdə çəkdirdiyi kadrlar tamamlayır. Sənətçinin stilinin üzərində isə Tarkan, Hande Yener, Murat Boz, Fatih Ürek, Yıldız Tilbe kimi məşhurlarla çalışan Selim Akar işləyib.
Fotosessiya Aslı Zenin " aldadılan və şiddət görən qadınların mahnı"sı şüarı ilə təqdim edilən "Hayat" mahnısına həsr edilib.