Bəstəkar Sədaqət Rəşidqızıdan Cəmilə jest
Tarix: 10-12-2018, 08:43 |
Çap et
DİA.AZ: - Bir neçə gün bundan əvvəl şəhərimizdə yenicə açılmış "Xo-Xo" elit karaoki-klubunun açılışı ilə çıxış edən tanınmış teleaparıcı və bəstəkar Sədaqət Rəşidqızı mahnısını Azərbaycanın çox ekstravaqant ulduzu, "Azərbaycanın Səsi-2014" və Ukraynanın " XFactor-2015"də fərqli performans sərgiləyən Cəmilin oxumasına icazə verib.
DİA.AZ xəbər portalının məlumatına görə, bəstəkarla görüşən Cəmil onun "Sənsizlik" adlı mahnısının rəsmi olaraq hər yerdə oxuması üçün icazəsini alıb.
Fikirlərini portalımızla bölüşən azərbaycanlı sənətçi: "Sədaqət Rəşidqızı pozitiv qadındır. O, məşhur olmasına baxmayaraq, insanlarla sadə rəvtar edir. Etiraf edib ki, bir neçə il bundan əvvəl təsəvvür edə bilməzdim ki, bu mahnının müəllifi ilə görüşəcəm. Onunla tanışlığıma şadam. Mən ona mahnısını oxumaq arzusunda olduğumu bildirdim. O, mənə uğurlar arzu etdi və mənə dəstək olduğunu bildirdi" - deyə Cəmil bildirdi.
Belə ki, cütlük yaxın zamanlarda birgə yaradıcılıq əməkdaşlığına imza atacaqlar.
"Sənsizlik" adlı bəstənin musiqisi Sədaqət Rəşidqızıya, sözləri İsmayıl Dadaşova məxsusdur.