"Konsertimin hazırlanması üçün peşəkar komanda işləyir"
Tarix: 12-12-2018, 09:35 |
Çap et
DİA.AZ: - Rejissor Nail Naiboğlu 43 yaşının tamam olması münasibəti ilə Rəşid Behbutov adına Mahnı Teatrında "Gülüm" adlı yubiley konsert keçirdəcək.
DİA.AZ bildirir ki, bu haqda rejissorun özü açıqlama verib: "20 dekabr tarixində 43 yaşım tamam olur. Bütün ad günlərimdə böyük konsertlər verəcəm. Yəni özəl gün olaraq qeyd etməyəcəm. Konsertimin adı rəhmətə getmiş xanımımın adı ilə bağlıdır. Konsertimin hazırlanması üçün peşəkar komanda işləyir. Gecənin rejissoru Aqil M. Quliyevdir. Aqil konsertin rejissorluğunu edərək bir daha sübut etdi ki, biz həmkarlar hər zaman bir-birimizə dəstəyik.
Konsertin öncəsi fərqli olacaq. Gecənin ilk səhnəsini əməkdar artist Bəhruz Vaqifoğlu hazırlayır.
Onu da qeyd edim ki, konsertdə klip çəkdiyim sənətçilər iştirak edəcək. Həmin sənətçilər arasında xalq artistləri Flora Kərimova, Nisə Qasımova, Faiq Ağayev, müğənnilər Günay İbrahimli, Roza Zərgərli, Günay İbrahimli, Ramal İsrafilov və başqaları olacaq".
Qeyd edək ki, gecənin aparıcıları Vüsalə Səid və Tural Əhməddir.