“Bir çox şeyləri şou-biznesdə mən dəbə gətirdim”
Tarix: 13-12-2018, 08:26 |
Çap et
DİA.AZ: - Bu iddialı açıqlamar haqda hələ çox danışılacaq.
Səhnəmizin güclü səsli ifaçısı, xarizmatik müğənni Cəmil özünə rəqib görmədiyini və sənətə gətirdiyi yeniliklərdən söz açıb.
İfaçı DİA.AZ-a verilişinə açıqlamasında bir çox müğənnilər üçün nümunə olduğunu iddia edib:
"Deyirlər, Cəmilin "qatarı getdi". Onu deyənin mənimlə şəxsi qərəzliyi var. Kim belə düşünürsə çıxsın üzümə desin. Tezliklə möhtəşəm layihəm baş tutandan sonra bu fikirlər dəyişəcək. Cəmilin vaxtı hələ indi başlayır. Sənətdə olduğum illər ərzində daim çalışmışam ki, ifamla və fərqli imicimlə həmkarlarımdan fərqlənim. Daim çalışmışam ki, seçdiyim bu sənətdə kimisə təkrarlamayım. Təkcə onu deyə bilərəm ki, qəlyanla fotosessiya etmək hələ heç bir ifaçı etməyib. Bu ilk də mənim adımla bağlıdır. Bundan sonra kim edərsə, ona uğur arzu edərəm. Getdiyim yolda, mənim ifa tərzimdə ruhuma yaxın olan ikinci ifaçını tanımıram. İfa, görüntü baxımından özümə rəqib görmürəm".