2019-cu ilin ilk "ulduz yağışına" hazırsınız?
Tarix: 18-12-2018, 08:25 |
Çap et
DİA.AZ: - 7 Yanvar saat 19:00-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Ulduz yağışı" adlı konsert proqramı keçiriləcək.
DİA.AZ-ın məlumatına görə, ulduzların ifasında 2018-ci ilin hit mahniları ilə Yeni ilin ilk şou-konsertində səhnəmizin ən məşhur simalar iştirak edəcək. Konsertin biletləri artıq satışdadır. Qiyməti 20-30 AZN arası olan biletləri şəhərin bütün kassalarından, 28 Mall, Ganjlik Mall ticarət mərkəzlərindən, ASAN Xidmət mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.
Qeyd edək ki, konsertin aparıcılığını da təşkilatçı biznes ledi Leyla Misirova özü edəcək, bundan başqa tanınmış aparıcı İlahə Nizamiqızı da olacaq. Tədbirin rejissoru Nail Naiboğludur.