"Ulduz Yağışı"nda Cəmil də olacaq...
Tarix: 26-12-2018, 10:22 |
Çap et
DİA.AZ: - 7 yanvar tarixində R. Behbudov adına Dövlət Mahnı Teatrında sakinlərini parlaq “ulduz yağışı” adlı konsert proqramı təəccübləndirəcək.
DİA.AZ xəbər verir ki, "Azərbaycanın Səsi-2014" və Ukraynanın " XFactor-2015"də fərqli performans sərgiləyən güclü səsli ifaçısı, xarizmatik müğənni Cəmil və estradamızın bir-neçə tanınan müğənnilərinin ifasında 2018-ci ilin hit mahniları ilə Yeni ilin ilk show konsertində iştirak edəcəklər.
Qeyd edək ki, Leyla Misirova və İlahə Nazimqızının aparıcılığı ilə baş tutacaq konsertin rejissoru Nail Naiboğludur. "Ulduz yağışı" konsertinin biletləri artıq satışdadır. Biletləri paytaxtın bütün kassalarından əldə etmək mümkündür.