DİA.AZ: - İş xanımı Leyla Misirovanın təşkilatçılığı ilə yeni ildə yanvarın 7-i saat 19:00-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında təşkil olunan "Ulduz yağışı" adlı konsert proqramında "Azərbaycanın Səsi-2014" və Ukraynanın " XFactor-2015"də fərqli performans sərgiləyən Cəmil türkiyəli müğənni Ravza Esin Kara ilə birlikdə səhnə alacaq.
Cəmil DİA.AZ-a açıqlamasında Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutacaq "Ulduz yağış" adlı konsert proqramına xüsusi hazırlaşdığını bildirib:
"Hər çıxışım bir şoudur. Mənim üçün səhnə müqəddəs məkandır. "Ulduz yağış" adlı gecəsindəki çıxacağım tədbirə xüsusi olaraq hazırlaşıram. Eksklüziv səhnə kostyumum hazırlanır. Nail Yusifov mükəmməl bir mahnı ərsəyə gətirib. Çox inanınam ki, bu mahnı sözün əsl mənasında hit olacaq. Hələ heç yerdə səslənməyib. Məhz sevənlərim həmin mahnını "Ulduz yağış" adlı gecəsi eksklüziv olaraq dinləyəcək. Məni sevənlər "bomba"lara hazır olsun".
Qeyd edək ki, İlahə Nazimqızının aparıcılığı ilə baş tutacaq konsertin rejissoru Nail Naiboğludur.
Biletlərı şəhərin kassalarından və iticket.az saytından əldə edə bilərsiz.