DİA.AZ: - Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Kazımova “Asan Radio”nun qonağı olub.
DİA.AZ-ın məlumatına görə, yeniliklərindən danışan müğənni musiqi məktəbi açmaq istədiyini deyib. Sənətçi bir neçə il sonra arzusuna nail olacağını bildirib.
Qeyd edək ki, bu gün müğənninin ad günüdür. Aygün Kazımovanın 48 yaşı tamam olur.