DİA.AZ: - Xalq artisti Aygün Kazımova pərəstişkarlarına sürpriz edib.
DİA.AZ xəbər verir ki, pop diva yeni "Paramparça” adlı mahnısını sevənlərinə təqdim edib. Bəstənin musiqisi Pərviz Mahmudova, sözləri isə Günər Əliyevə aiddir. Mahnının aranjimanı Alex Berdzaya məxsusdur.
Qeyd edək ki, bəstə Aygün Kazımovanın rəsmi "Youtube" kanalında təqdim olunub. Kreativ fotosessiyanın ərsəyə gəlməsində Aygün Kazımovanın imici üzərində peşəkar gürcü heyəti işləyib. Şou-biznes kraliçasının saçları Gogasusa, makiyajı isə Lana Mataxeriaya həvalə olunub. Sənətçinin obrazı üzərində hollivud ulduzu Lady Gaga ilə birgə çalışan, rusiya şou biznesin parlaq simalarını geyindirən dünya şöhrətli gürcü stilist və dizayner Bessarion işləyib. “Cover” fotonunun müəllifi isə gürcü fotoqraf Leko Levanidir.