"20 ildir Aygün Kazımovanı hələ də sevirəm"
Tarix: 6-02-2019, 09:38 |
Çap et
Səsi ilə Azərbaycanı və Ukraynanı heyrətləndirən azərbaycanlı müğənni Cəmil çağdaş estradanın sevilən siması, Azərbaycanın xalq artisti Aygün Kazımovaya olan sevgisini etiraf edib.
DİA.AZ-ın məlumatına görə, sənətçi 20 ildir Aygün xanımın pərəstişkarı olduğunu vurğulayıb:
"Mənim sənə olan eşqim heç azalmadı, Aygün Kazımova. Artıq 20 il keçdi və mən səni hələ də çox sevirəm. Bir sənətçi, bir ifaçı və bir qadın kimi qəlbimdəki yerin heç dəyişmədi. Möhtəşəmsən".