DİA.AZ: - Xəbər verdiyimiz kimi, Rəşid Behbudov adına Mahnı Teatrında rejissor Nail Naiboğlu və iş xanımı Leyla Misirovanın təşkilatçılığını etdiyi "Eşqimiz" adlı konsert proqramı baş tutub.
DİA.AZ xəbər verir ki, milyonların sevgisini “X Factor Ukrayna” yarışmasındakı çıxışı ilə qazanan müğənni Cəmil "STAR"da iştirak edib. Minlərlə tamaşaçının toplaşdığı gecədə Cəmil ilə yanaşı əməkdar artist Mətanət İşgəndərli, müğənnilər Nadir Qafarzadə, Orxan Babazadə, rəqqasə Renka Ağamuradova, türkiyəli ulduz Ravza Esin Kara və başqaları da səhnəyə çıxıb.
Qeyd edək ki, konsertin aparıcıları İlahə Nizamiqızı və Leyla Hümmətova idi.