DİA.AZ: - Müğənni Günay İbrahimli “Qram-qram” adlı yeni klipini təqdim edib.
DİA.AZ xəbər verir ki, sənətçi bu dəfə sözləri və musiqisi Elvin Muxtara aid mahnını ekranlaşdırmaq qərarına gəlib.
O, yeni layihəsini gənc rejissor Nuran Məmmədova həvalə edib. Çəkilişlər G. İbrahimlinin villasında lentə alınıb, bunun üçün sənətçinin mənzilində studiya quraşdırılıb.
Ekran işinin çəkilişləri 24 saat davam edib. İbrahimli yeni işi üçün dörd fərqli obrazda kamera qarşısına keçib. Günayın sözlərinə görə, bu dəfə o, heç bir modelyerlə əməkdaşlıq etməyərək geyimlərini özü hazırlayıb.