DİA.AZ: - Yığma komandanın oyunçusu, taekvondoçu Nicat Fərəcov kamera qarşısına keçərək, maraqlı şəkillər çəkdirib.
DİA.AZ bildirir ki, taekvondoçu bu dəfə də, geyim tərzi ilə diqqət çəkib. Belə ki, Nicat daima qara rəngə üstünlük verir. Nicat əməkdaşımıza açıqlamasında bildirib ki: “Qara çox kübar rəngdir. Məncə, bədən formasından, yaşından asılı olmayaraq, bu rəng hər kəsə yaraşır. Bu rəngli geyimlər qətiyyən insana narahatlıq yaşatmır”.
Qara klassik kostyumdan vaz keçməyən Nicat daim formada qalmağı mükəmməl bacarır.