"Heç zaman fərqli olmaqdan çəkinməmişəm"
Tarix: 23-02-2019, 10:02 |
Çap et
DİA.AZ: - "Heç zaman fərqli olmaqdan çəkinməmişəm. Tez-tez libası dəyişməyə mənə xoş gəlir".
Bu sözləri milyonların sevgisini “X Factor Ukrayna” yarışmasındakı çıxışı ilə qazanan müğənni Cəmil "STAR" DİA.AZ-a açıqlamasında bildirib. Sənətçi görünüşünü və geyimini sosial şəbəkələrdə tənqid edənlərə cavab verib:
"Düşünürəm ki, eyni simada, eyni libasda qalmaq üçün artist yaşanmır. Bu gün ekstravaqant, sabah ciddi, bir ildən sonra yenilik... Fikirimcə insan daimi üzərində işləməlidir. Təbii ki, kimsə başa düşməz mənim fikirimi, amma mən nəyəsə görə, kiməsə görə sübüt etmək üçün eləmirəm.. Mən sadəcə olduğum kimiyəm. Əsas sənətdir, ifadır, repertuardır. Geyim ikinci sıradadır”.