Sədaqət Rəşidqızı “İlin işgüzar xanım”larını seçdi
Tarix: 8-03-2019, 09:35 |
Çap et
DİA.AZ: - “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə “İlin işgüzar xanımı” Müstəqil Milli Mükafatının təqdimetmə mərasimi keçirilib.
DİA.AZ xəbər verir ki, təşkilatçısı Sədaqət Rəşidqızının və “Mətbuat firması”nın təsis etdiyi tədbirdə 35-dən çox iş xanımına mükafat və hədiyyələr təqdim olunub.
Mərasimdə xanımlara əsl bayram əhval-ruhiyyəli proqram təqdim edilib. Bu ildə tədbirdə millət vəkilləri Qənirə Paşayeva, Jalə Əliyeva, Kamilə Əliyeva, xalq artisti Nazpəri Dostəliyeva, əməkdar artist Xuraman Əlizadə, aparıcı Lətafət Ələkbərova və iş həyatında uğurlar qazanmış digər xanımlar “İlin işgüzar xanımı” adına layiq görülüblər.
Qeyd edək ki, gecənin aparıcıları Sədaqət Rəşidqızı və Zabir Əliyev olub.
“İlin işgüzar xanımı” Müstəqil Milli Mükafatı 2007-ci ildən Sədaqət Rəşidqızının təşkili ilə təsis olunur. Bu illər ərzində Qənirə Paşayeva, Elmira Axundova, Sona Vəliyeva, Brilliant Dadaşova, Amaliya Pənəhova kimi uğurlu qadınlar məhz bu mükafatla təltif ediliblər.