DİA.AZ: - Türkiyənin 2 məşhur sənətçisi Bülent Ersoyla Tarkan növbəti duetini təqdim edib.
DİA.AZ-ın məlumatına görə, ifaçılar "Ümit Hırsızı" adlı duetə klip də çəkdiriblər.
Ekran işində əsas qəhrəman obrazını qardaş ölkənin nüfuzlu "DMC" şirkəti ilə uğurlu əməkdaşlığını davam etdirən Bülent Ersoyun özü canlandırıb.
Söz və musiqisi Tarkana, aranjmanı Taşkın Sabaha məxsus olan klipin rejissoru, Türkiyənin bir çox məşhur sənətçiləri ilə çalışan Nihat Odabaşıdır. İfaçının geyimi üzərində türkiyəli modelyer Tanju Babacan məşğul olub.
Qeyd edək ki, bu Bülent Ersoyun Tarkanla ikinci işbirliyidir. Onlar daha öncə də "Kor" üzərində birlikdə çalışıb.