DİA.AZ: - Müğənni Əhməd Mustafayevla prodüser Tural Nəbiyev barışıb.
DİA.AZ xəbər verir ki, bu barədə prodüserin özü News24.az-a məlumat verib. T.Nəbiyev ifaçının dəvəti ilə onun toy məclisinə qatılıb. O, Ə.Mustafayevlə 6 illik dostluğunun olduğunu və son bir neçə ay əvvəl aralarında yaranan mübahisəyə görə, işbirliyi ilə yanaşı, şəxsi münasibətlərinin də pozulduğunu bildirib. Əhməd Mustafayev isə Tural Nəbiyevlə aralarında yaşanan qalmaqalın keçici olduğunu açıqlayıb: “Mən heç kimlə küsülü qalmaq istəmirəm. Düşünürəm ki, insanların arasında küsülülük olmamalıdır. Bunları aradan qaldırıb, mehriban olmaq lazımdır”.