"İran vətəndaşına ərə gemək niyyətində deyiləm"
Tarix: 31-01-2020, 05:58 |
Çap et
DİA.AZ: - Rəqqasə Zərifə şəxsi həyatından danışıb.
DİA.AZ bildirir ki, bu barədə açıqlama verən rəqqasə həyat yoldaşından boşandığını deyib: "Həyat yoldaşımdan boşanmışam. Hazırda həyatımda heç kim yoxdur. Oğlum üçün yaşayıram. Gələcəkdə yenidən ailə qurmaq Allahın qismətidir".
Zərifə ona evlilik təklifi edənlərin sayının çox olduğunu da bildirib: "Sosial şəbəkədə kifayət qədər aktivəm. Canlı yayım açanda iranlılar mənə evlilik təklifi edir. Amma İran vətəndaşına ərə gemək niyyətində deyiləm".