DİA.AZ: - Hər zaman yerli və xarici şou-biznesin gündəmində olan Dilarə Kazımova bu dəfə dəblə ayaqlaşan türkiyəli məşhur Selin Ciğerci tərəfindən təqlid edilib.
DİA.AZ xəbər verir ki, Selin Ciğerci Türkiyənin məşhur “Qadınlar məclisi”nə Dilarə Kazımovanın hələ 2019- cu ildə geyindiyi ağ libasın eynisində qatılıb.
Dilarə Kazımovanın o vaxt konseptə uyğun başına taxdığı tacdan da istifadə edən türk sənətçinin tərzi mediada maraqla qarşılanıb.
Son illərdə “Boomerang Label”-ın dəstəyi ilə Dilarə Kazımova tərzi və üslubu təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da bəyənilir və dinlənilir. Artıq o, əcnəbi məşhurlar tərəfindən bir obraz olaraq təkrarlanır.
Fərqli tərz, fərqli ifa, fəqli görünüş- Dilarəyə olan sevginin sirri bəlkə də bu 3 məqamı tamamlamasıdır. Əhsən!