DİA.AZ: - Türkiyə mediası serbiyalı moda məsləhətçisi İvana Sərtin Azərbaycanda fəaliyyətə başlamasından yazıb.
DİA.AZ xəbər verir ki, bir çox məşhur saytlar onun müğənni Roza Zərgərli və model Rüstəm Cəbrayılovla eyni yarışmada yer alacağını qeyd edib.
"Mayda ARB TV-də yayıma başlayacaq yarışma üçün Bakıya gedən Sərt media nümayəndələri ilə görüşüb. Tədbirdə İvananı Roza Zərgərli və "Best Model of the World 2007" qalibi Rüstəm Cəbrayılov da tək qoymayıb" deyə, yazıda vurğulanıb.
Münsif kürsüsündə oturacaq İvana "Realiti şou 18 gün davam edəcək. Qazanan iştirakçılara şanslar yaradılacaq" deyə, açıqlamasında söyləyib.