DİA.AZ: - Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanov müğənninin "Həyatıma xoş gəldin" adlı yeni klipində rol alıb.
DİA.AZ xəbər verir ki, söz və musiqisi Elçin Məhərrəmova aid olan kompozisiya rejissor Rəşad Həsənov tərəfindən lentə alınıb. Rəqsanənin sevgi hekayəsindən bəhs edən klipdə ulduzun tərəf müqabilini ömür-gün yoldaşı Fazil Əmiraslanov canlandırıb.
Qeyd edək ki, bu mahnını müğənni həyat yoldaşı Fazil bəylə nikaha daxil olmasına həsr edib, sosial şəbəkə hesabında bu sözləri yazmışdı:
“Həyatıma xoş gəldin... İlk dəfə bu sözü sənə 8 il öncə dedim. Bu ekran işi bizim sevgi hekayəmizin başlanğıcından bəhs edir. Hər zaman sizinlə kədərimi, dərdimi bölüşdüyüm kimi bu gün xoş və xoşbəxt günümü paylaşıram. Çox həyəcanlıyam. Həm yeni ifamın, klipin həyəcanı var, həm də bu tarixin sevinci və sevincdən doğan göz yaşları... Arzu edirəm ki, hər zaman sevin və sevilin, ətrafınızda sizə dəyər verən insanlar olsun”.