DİA.AZ: - Xalq artisti Röya Ayxan 2020-ci ildə gənc müğənni ilə yeni duet oxuyub.
DİA.AZ xəbər verir ki, sənətçi müğənni Yaşar Cəlilovla duet ifa edərək, bəstəni ekranlaşdırıb. “Gəlmə yaxınıma” adlı mahnının musiqisi Pərviz Mahmudova, sözləri Leyli Erola, aranjimanı Tərlan Məmmədhüseynova məxsusdur. Ekran işinin rejissorluğunu isə Fərhad Əli edib.
Layihənin baş prodüserləri Vüsal Rzazadə və Vüsalə Kərimovadır.
Klipdə R.Ayxanın üzərində stilist Elnur Həsənov çalışıb.