DİA.AZ: - Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov bu aya olan sayca ikinci konsertini təqdim edib.
DİA.AZ xəbər verir ki, sənətçinin bu dəfə konserti Almaniyanın Berlin şəhərində baş tutub. Hər konsert proqramında müxtəlif obrazlarda olan Seyran bu dəfə də geyimi və rəqsləri ilə tamaşaçılarını təəccübləndirməyi bacarıb. Müğənni gecədə sevilən mahnılarını rəqqasə qızın əhatəsində səsləndirib.
İki saat yarım davam edən gecədə Seyran onu dinləməyə gələn tanınmışlara da təşəkkür edib.