Ceylan "Youtube" üçün saçlarını saraltdı
Tarix: 19-03-2020, 09:06 |
Çap et
DİA.AZ: - Türkiyənin məşhur ifaçısı Ceylanın "Youtube" kanalının tanıtımı üçün çəkdirdiyi foto səs-küyə səbəb olub.
DİA.AZ xəbər verir ki, kanalın tanıtımı üçün müğənni radikal bir qərar verərək uzun müddətdir istifadə etdiyi tünd qəhvəyi saçlarını açıq rəngə boyattı.
Selim Akarın obyektivinə poz verən müğənninin dəyişikliyi sosial medianın gündəmində olub. Xeyli insan onun yeni görüntüsünü bəyəndiyini yazıb.