DİA.AZ: - Müğənni Rəqsanə İsmayılova Moskvadan aparıcı Zaur Baxşəliyevin idarə etdiyi verilişə telefonla bağlanıb. DİA.AZ-ın məlumatına görə, o, hazırda 10 nəfər azərbaycanlını evində qonaq etdiyini söyləyib.
Onun bu sözləri Zaurun göz yaşlarına səbəb olub. Aparıcı ifaçının bu addımını alqışlayıb və ağlayıb. Rəqsanə də Zaurun bu sözlərindən təsirlənərək kövrəlib.