“Ağlar gözlər gülərək ağlasın” - Xalq artisti
Tarix: 5-10-2020, 12:30 |
Çap et
“Ürəyi Qarabağla döyünən azərbaycanlılar, itirdiklərimiz də, qazandıqlarımız da çox oldu. Bir gözümüz ağlayır, bir gözümüz gülür. Amma hər birimizin ürəyi hazırda sevinc içindədir. Çünki bir çox işğalda olan torpaqlarımızı düşməndən aldıq, almağa doğru da gedirik”.
“MediaPost” xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan İnstaqramda deyib.
Şəxsi səhifəsində video yayımlayan müğənni cəbhə bölgəsində yaşananlardan söz açıb:
“Yenə də xain düşmən öz işindədir. Gəncə, Tərtər, Bərdə atəşə tutulub. Hamımızın orada qohumu, dostu var. Onların stresi, necə ağır dönəmdən keçdiklərini gözəl başa düşürəm. Hamınıza güc arzulayıram. Hər birimiz güclü olmalıyıq. Biz incəsənət adamları hər zaman sənətimizlə yanınızda olduq, ürəyimizlə də yanınızdayıq. Hamınızı bir daha təbrik edirəm. Ağlar gözlər gülərək ağlasın. Hər gün oğullarımız cəbhəyə gedir, evlərinə sağ-salamat, qələbə ilə dönsünlər. Onların toylarını, xoş günlərini keçirək”.