"Elə bir zaman yetişdi və..." - Əməkdar artist
Tarix: 6-10-2020, 08:47 | Çap et
“Biz otuz il idi gözləyirdik, millət və dövlət olaraq hər zaman qonşu dövlətlərə hörmət etmişik. Amma biz gördük ki, səsimizə-səs verən olmadı, atəşkəs olsa da yenə şəhidlər verdik. Elə bir zaman yetişdi və başda Ali Baş Komandan olmaqla, bütün xalq Qarabağ uğrunda savaşa başladılar”
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Nuriyyə Hüseynova deyib. Müğənni tezliklə torpaqlarımızın işğaldan azad ediləcəyinə inandığını bildirib:
“Ordumuzun uğurları göz qabağındadır. Vətənimiz həm sevinc, həm də kədər içindədir. Ona görə kədərlidir ki, şəhidlərimiz var, bununla yanaşı, otuz ildən artıqdır işğal altında qalan torpaqlarımız azad edildiyi üçün sevinc içindəyik. Bu gün bu sevinci hamımız yaşayırıq. Sevinclə-kədər bir-birinə qarışıb. Amma bütün bunlara baxmayaraq irəli getməliyik. Baxmayaraq ki, dünya dövlətlərinin bir çoxu müharibəni saxlamaq üçün bizə çağırış edir, amma onlara vaxtında demişdik ki, ermənilərin işğala son qoyması üçün onlara çağırış etsinlər. Biz otuz il idi gözləyirdik, millət və dövlət olaraq hər zaman qonşu dövlətlərə hörmət etmişik. Amma biz gördük ki, səsimizə-səs verən olmadı, atəşkəs olsa da yenə şəhidlər verdik. Elə bir zaman yetişdi və başda Ali Baş Komandan olmaqla, bütün xalq Qarabağ uğrunda savaşa başladılar”.
Müğənni dövlətimizə dəstək olan dövlətlərə də təşəkkür edib:
“Mən arxamızda dayanan, bizə dəstək olan dövlətlərə təşəkkür etmək istəyirəm. Şəxsən qardaş Türkiyə bizə dəstək olduğuna görə prezident Rəcəb Tayyib Ərdoğana dərin təşəkkürümü bildirirəm, onların qarşısında baş əyirəm. Onlar bu gün bizi tək qoymadılar. Bu gün Ali Baş Komandan İlham Əliyev Azərbaycan tarixini dünya tarixində yazır. Prezidentin orduya verdiyi güc, dəstək, orduda böyük ruh yüksəkliyi yaradıb. Əsgərlərimiz millətinə və dövlətinə güvənir. Əsgərlərimiz bu inamla qələbəyə doğru gedir. Mən bu birliyin heç vaxt şahidi olmamışdım. Hər bir Azərbaycan vətəndaşı ordumuza dəstək olmaq üçün fonda gücü çatdığı məbləği köçürür. Allahdan arzu edirəm ki, heç bir əsgərimizin burnu qanamasın. Düşünürəm ki, qələbə çox yaxındadır və bir sənət adamı olaraq konsertlərimizi o torpaqlarda verəcəyik”.
Müğənni bir neçə gün öncə insult keçirən ustadı Arif Babayevlə də bu xoş xəbəri paylaşdığını bildirib:
“Bir neçə gün öncə ustadımız Arif müəllimlə danışanda dedim ki, Arif müəllim, xəstələnmək nədir, siz sevinc və fərəh içində olmalısınız ki, xəstəliyə qalib gələsiniz. Arada elə bir məqam yaranmışdı ki, düşünürdülər ki, Qarabağ unuduldu, yaşlı nəsil dünyasını dəyişdi, yeni nəsil müasir dünyanın şərtləriylə böyüyür, Qarabağı görməyən uşaqlar hansı Qarabağdan danışacaqlar? Amma genetik kodlar hər şeyi ortaya qoydu. Bu gün anasının qucağında Qarabağdan didərgin düşən uşaqlar indi torpaqların müdafiəsinə qalxıb və müharibədə döyüşür. Mən belə oğullarımızla fəxr edirəm. Azərbaycan əsgəri heç vaxt qadınla vuruşmur. Əslində bizim əsgərlər görsə ki, bir düşmən qadını çarəsiz qalıb onu öz yaxınlarının yanına yola salar, toxunmaz. Çünki mənim millətimin oğlunda namus-qeyrət var, onun savaşı kişiylədir, qadınla yox. Həqiqətən bunlar hamısı zamanla üzə çıxır. 2020-ci ildə pandemiyaya görə hamı təlatümlə yaşadı, amma məncə, bu il həm də haqq-ədalət ilidir. Mənim üçün bu il çox gözəl ildir. İnsanların içində güc olanda xəstəliyə də qalib gəlir. Mən millətimizə, dövlətimizə, ordumuza uğurlar arzulayıram. Azərbaycanın bu gözəl gününə sevinməyən bizdən deyil. Yaşasın Azərbaycan ordusu!”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Sülh planları” və Kreml dilemma qarşısında: ya davam, ya tamam - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
• İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
Bu gün, 07:29 |
|
|
|
• Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
• Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43 |
|
|
|
• Gəncə Dövlət Universitetində rektor maxinasiyaları... - Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
|