Şuşada “Turkvision-2021”: Gözləntilər və narahatlıqlar - AÇIQLAMA
Tarix: 28-12-2020, 08:30 | Çap et
Türk dünyasının “Turkvision-2020” mahnı müsabiqəsinin qalibi, Ukraynanın qaqauz mənşəli müğənnisi Natalya Papazoğlu İstanbulda karantin məhdudiyyətləri səbəbiylə onlayn formatda keçirilən yarışma ilə bağlı təəssüratlarını “Anadolu” agentliyi ilə bölüşdü. Xatırladaq ki, Papazoğlu, adı Qaqauziyada “Tikanlı yol” kimi tərcümə olunan bir mahnı səsləndirərək birinci yeri tutmuşdu.
Ümumilikdə “Turkvision-2020”-də 26 ölkənin təmsilçiləri iştirak edib. Azərbaycan bu dəfə yarışmada beşinci yeri tutdu. Natalya Papazoğlu həyəcanlı olduğunu və son günə qədər qələbəsinə inana bilmədiyini söylədi: “Nəticələri ekranda gördüm, amma əvvəlcə nə baş verdiyini dərk etmədim. Eyni zamanda ağladım və sevindim. Hər kəsə xəyallarının ardınca getməyi, təslim olmamağı məsləhət görürəm”.
Onun sözlərinə görə, müsabiqənin tarixi yalnız bir həftə əvvəl məlum oldu və demək olar ki, hazırlıq üçün vaxt qalmamışdı. Papazoğlu bu yarışmanın bütün türkləri birləşdirdiyini qeyd etdi: “Keçmişin olmasa, gələcəyin də yoxdur. Köklərinizi tanımaq və unutmamaq vacibdir”.
Müğənninin sözlərinə görə, heç Ukraynadakı insanlar da qaqauzların mədəniyyəti ilə kifayət qədər tanış deyillər: “Qaqauz xalqının mədəniyyətini təqdim etmək istəyirəm. Ukrayna və qaqauz mədəniyyətlərini birləşdirmək, qaqauz xalq motivlərini Ukrayna musiqisi ilə birləşdirmək istəyirəm”.
Və daha Papzaoğlu əlavə etdi: “Dedilər ki, gələn il pandemiya imkan verərsə, yarışma Şuşa şəhərində təşkil ediləcək. İnşallah, 2021-ci ildə də “Turkvision”-da iştirak edəcəyəm”.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) rəhbəri Hikmət Cavadov bu barədə düşüncələrini “Facebook” səhifəsində paylaşdı. Natalya Papazoğlunun qələbəsinin onsuz da bilinən həqiqəti sübut etdiyini vurğuladı - Ukrayna çox sayda türk xalqlarının nümayəndəsi üçün Vətəndir və belə də olacaq.
“Bundan əlavə, Ukrayna ilə Türkiyə, Azərbaycan və digər türk dövlətləri arasındakı münasibətlərin yalnız ümidverici siyasi, iqtisadi və hərbi deyil, həm də mədəni komponentlərə malik olmasının başqa bir nümunəsini gördük”, - deyən UABD rəhbəri “Turkvision” yarışmasının Türkiyənin musiqi kanalında - TMB TV-də 2013-cü ildən bu yana, Türkiyənin “Eurovision”-a qatılmaqdan imtina etdikdən sonra keçirilən illik bir yarışma olduğunu xatırladı.
“Sonra Ankara səsvermə protokolundakı dəyişikliklərin və “Eurovision” prosesinin özünün siyasiləşdirildiyini söylədi. Bu, doğrudur. “Eurosonq”da açıq şəkildə siyasiləşmiş bir səsvermənin dəfələrlə şahidi olmuşuq. Üstəlik, bu yarışmanı uzun müddət cinsi azlıqların nümayəndələrinin qeyri-rəsmi illik festivalı adlandırırlar. Bütün bu məqamlar artıq “Eurovision”ın nüfuzunun kəskin şəkildə aşağı düşməsinə gətirib çıxardı. Və “Turkvision”, zaman keçdikcə populyarlıq və nüfuz baxımından onu keçə biləcək rəqabətli bir platformaya çevrilir. Onda həm iştirak, həm də qələbə daha şərəfli olacaq”, - deyə H.Cavadov qeyd etdi.
Diaspor rəhbəri “Turkvision-2021”-in, 28 ildən sonra erməni işğalından azad edilmiş gözəl Şuşada olacağını vurğuladı: “Bura Azərbaycan musiqisinin və mədəniyyətinin beşiyidir. Bura dahilərin - Üzeyir Hacıbəyovun, Bülbülün, Natəvanın vətənidir. Bura Qafqazın Konservatoriyasıdır. Qardaş Ukrayna da daxil olmaqla, dünyanın hər yerindən, yaşayış yerindən asılı olmayaraq hər bir azərbaycanlının azadlığını gözlədiyi şəhərdə, Vətənimizdə qonaqlar qəbul etməkdən məmnun qalacağıq”.
Məşhur bəstəkar Cavanşir Quliyev də bu məsələyə münasibət bildirdi. Dedi ki, “Turkvision-2020”-nin qalibinin qaqauz mənşəli bir ukraynalı müğənni olması yaxşı haldır: “Türk dövlətləri öz ölkələrinin nümayəndələrini irəli itələməyə çalışmadı, bu da müsabiqənin gələcəyinə nikbinlik aşılayır. Düşünürəm ki, hər kəs bu yarışmanı bir siyasi səsverməsi ilə bir çox musiqi pərəstişkarını ondan uzaqlaşdıran “Eurovision”-a çevirməməyə çalışmalıdır. Düşünürəm ki, “Turkvision” fərqli, bəzən kiçik, türkdilli ölkələrin istedadlı ifaçılarının və bəstəkarlarının meydana çıxmasına kömək edərək dürüst bir rəqabət meydanı olmalıdır. Müsabiqə Türk dünyasının musiqi gerçəkliyinin bir güzgüsü olmalıdır, eyni zamanda türk əyləncə musiqisini dünyaya tanıtmalıdır”.
“Gələn il müsabiqə onlayn keçiriləcəksə, bəlkə də, münsiflər heyəti Şuşada toplana bilər. Ümumiyyətlə, hesab edirəm ki, buna hazırlıqsız, işğaldan təzəcə azad edilmiş, dağıntıların çox olduğu Şuşada bir yarışma keçirməyə tələsməyə ehtiyac yox idi. Nəticə etibarilə, müsabiqə bu cür tədbirlər üçün qəbul edilmiş ənənəvi formatda keçirilsə, logistika ilə bağlı çox problemlər olacaq. Bakıda da keçirilə bilərdi. Bu, Vətən müharibəsindəki qələbəyə görə Azərbaycanın paytaxtına verilən bir mükafat olardı. Ancaq növbəti dəfə, məsələn, bir ildən sonra “Turkvision-2022”-ni Şuşada keçirmək mümkün olardı”, - deyə Quliyev fikrini yekunlaşdırdı.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• KTMT Rusiya-Belarus və Tacikistanı əhatə edən bir təşkilat səviyyəsindədir - FAKT BUDUR!
Bu gün, 07:17 |
|
|
|
• Rusiyaya yeni cəbhə açıldı: Kreml nə edəcək? - GƏLİŞMƏ
Bu gün, 07:15 |
|
|
|
• DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi - DETALLAR
Bu gün, 06:32 |
|
|
|
• Bakıdan Makrona göndəriləsi “hədiyyə” - FOTO
Bu gün, 06:23 |
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
|