“Övladlarımızı şou-biznesdən uzaq tutmalıyıq”
Tarix: 28-12-2020, 14:44 |
Çap et
“Bu günlərdə həmkarlarımın bir-birinə dəstəyinə nə qədər sevindiyimi təsəvvür edə bilmərsiz. Heç görmüşünüz ki, 2 həkim, müəllim, aparıcı və ya jurnalist bir-birinə efir vasitəsilə söz atsın?”
Musavat.com xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam sosial şəbəkədə yazıb. O, son günlər sənətçilərin müğənni Roza Zərgərliyə sosial şəbəkə vasitəsilə dəstək olmasına belə münasibət bildirib:
“Məgər digər peşə sahibləri dalaşmır? Onlar hər şeyi öz aralarında həll edirlər. Biz də bir ailəyik. Aramızda olanları milyonlara danışmağa ehtiyac yoxdur. Əvvəl maraqlı gəlsə də, sonra bizə gülürlər. Məncə, heç nə üçün gec deyil. Biz övladlarımızı şou-biznesdən uzaq tutmalıyıq”.
Qeyd edək ki, müğənni Roza Zərgərlinin qızı Bənövşənin adı Bakıda bir ay əvvəl intihar edən iş adamı Ramin Əliyevlə birgə hallanırdı. Sənətçilər müğənniyə dəstək olmaq üçün sosial şəbəkədə paylaşımlar edib.