"Toya 1 saat qalmış gedirdim qapısına ki, hardasan?"
Tarix: 29-12-2020, 10:17 |
Çap et
Əməkdar artist Gövhər Rzayevanın Firuzə İbadova ilə küsülü olduğu ortaya çıxıb.
dia-az.life axşam.az-a istinadən xəbər verir ki, bu haqda qarmon ifaçısı "Onun sirri" proqramında deyib. O bildirib ki, İbadova dəfələrlə onun çörəyinə bais olub:
"Firuzə başıma o qədər oyunlar gətirib. Toy tuturdum, gedirdim qapısına. Anası Hökmə xanım çıxırdı ki, yoxdur. Gedirdi rayonlara konsertlərə. Mənə əvvəldən desəydi, daha yaxşı olardı. Arxayın olardım ki, toya Firuzə ilə gedə bilməyəcəm. Məni dəfələrlə avara qoyub. Başdan desəydi, gedib digər müğənnini çağırardım. Axı söz verirəm. Toya 1 saat qalmış gedirdim qapısına ki, hardasan? Adamı başqasının yanında xəcalətli, diliqısa edir. Gəl indi toy sahibinə cavab ver ki, Firuzənin konserti çıxıb. Özüm də xəcalət çəkirdim".