"Dəlixanaya düşməmək üçün bunu edirəm"
Tarix: 8-01-2021, 09:13 |
Çap et
Əməkdar artist Elza Seyidcahan "Hüseynova bacıları" verilişində qonaq olub.
Lent.az-ın məlumatına görə görə, ifaçı sevgidən qorxduğunu deyib: "Özümü dəli sevgidən qoruyuram. Dəlixanaya düşməmək üçün.
Sevəndə çox sevirəm. Bilirəm ki, sevginin əndazəsini aşanda insanı uçuruma aparır. Ondan iyrənməmək üçün qədərində sevməlisən ki, nifrət etməyəsən. Sevəndə çox qısqanc oluram. Özümü tənzimləyirəm. Hislərimlə yox, çalışıram ağlımla həll edim".