"İfa etmirəmsə, orada nə gəzirəm?"
Tarix: 8-01-2021, 12:25 |
Çap et
"Çəkilən filmlərdə komediya obrazı olmadığı üçün məni dəvət etmirlər. Bir-iki serialda çəkildim, indi o da yoxdur. 2014-cü ildə sonuncu dəfə dövlət tərəfindən lentə alınan "Axırıncı dayanacaq" filmində çəkilmişəm. Özəl filmlərdə də olmuşam. Amma onlar da çox yaşamır".
Open.az xəbər verir ki, bu sözləri Xalq artisti Arif Quliyev "Həmin Zaur" proqramında deyib. Aktyor 7 ildir heç bir filmə çəkilmədini söyləyib.
A.Quliyev aparıcının "Bəzi aktyorlar deyir ki, qadın geyimi geyinib səhnəyə çıxmaram" sözlərinə "Aktyorsan, rejissor üstünə yazdığı rolu oynamalısan. Burada səni görürsə, geyinməlisən. Heç bir obraza etiraz etməmişəm. Obrazı rejissorun istədiyi səviyyədə və tamaşaçının qəbul edəcəyi formada oynamalıyam. İfa etmirəmsə, orada nə gəzirəm?" cavabını verib.