Bir müddətdir efirlərdən uzaq düşən Əməkdar artist Səbinə Babayeva Azərbaycan şou-biznesini tənqid edib.
“Qafqazinfo” xəbər verir ki, müğənni sosial şəbəkədə “Adagio” adlı ifasını paylaşaraq ona dəyər verilmədiyini qeyd edib. Səbinə bildirib ki, qərb ölkələrində doğulsaydı, dünya şöhrətli bir ifaçı olacaqdı:
“Zaman keçdikcə hər şeyin irəli getdiyini deyiriksə, bəs niyə əsl musiqi illər öncə tükənmiş sayılır?! İndi belə əsərlər çox nadir, hətta deyim ki, tapılmır. Bilirəm, haradasa qərbdə doğulsaydım, dünya şöhrətli və çox varlı ifaçı olardım. Bəs, maraqlıdır Azərbaycanda olan “show-bazar” nə vaxt ekran dəbindən yığışdırılacaq?”
Qeyd edək ki, Səbinə rejissor həyat yoldaşı Cavidan Şərifovla ötən ilin mayında ayrılıb. Cütlük 2012-ci ildə ailə qurub, 4 il sonra onların bu nikahdan oğlan övladı dünyaya gəlib.