Məşhur meyxanaçının ayaqları tutuldu
Tarix: 13-01-2021, 15:57 |
Çap et
“Həmin Zaur” proqramı uzun müddətdir xəstə olan meyxanaçı Ağakərimin evində qonaq olub.
Sənətçinin ailə üzvləri onun görüntülərinin yayımlanmasına icazə verməyiblər.
Onlar hətta Ağakərimin başqa evdə saxlanıldığını deyərək, çəkiliş komandasını içəri buraxmayıblar.
Meyxanaçının oğlu Kamil isə açıqlama verərək atasının yataq xəstəsi olduğunu söyləyib:
“Həkimlər deyir ki, sağalmasına ümid var. Dörd ildir xəstədir, il yarımdır yataqdadır. İnsanları tanıyır, huşu yerindədir. Ayaqlarında problem var, tutulub, gəzə bilmir”./axşam.az/