Küçələrdə veyillənənlərə fəxri ad vermək olmaz - Xalq artisti
Tarix: 16-01-2021, 11:44 | Çap et
“Alqı-satqı yolu ilə bu fəxri adları paylayanlar mətbuata çıxarılmalı, ictimai qınağa məruz qalıb cavab verməlidirlər. Bir-bir açıqlamalıdırlar ki, kimdən nə qədər alıblar. Onlar hamısı üzə çıxarılmalıdırlar!”
Bu sözləri Yenisabah.az-a Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Mədəniyyət Nazirliyi tərəfindən fəxri adların pulla satılması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib: “Həmkarım Rasim Balayevin fəxri adların satılması ilə bağlı fikirlərini oxudum. Onunla razıyam, mənim fikrimcə, mütləq belə məsələlərdə cəza tətbiq olunmalıdır. Xalqa Əməkdar artistlərin, Xalq artistlərinin siyahısı təqdim olunmalıdır, onların rəyləri öyrənilməlidir. Fəxri adlar obyektiv verilməlidir və onun mükafatı da normal olmalıdır, 100 manat yox. Mən hər zaman demişəm ki, bu fəxri adları ucdantutma hamıya verməyin. Bu gün xalqın Milli Qəhrəmanları, Qarabağ kimi bəşəri problemi qanı bahasına həll edən oğullarımız var. Onların adı ilə bir yerdə manısların adı çəkilə bilməz, ayıbdır. Bu onların ruhuna da hörmətsizlikdir”.
Rejissor deyib ki, əslində “xalq artisti” fəxri adı hər adamın layiq görüləcəyi, hər adama veriləcək ad deyil:
“Alqı-satqı yolu ilə bu fəxri adları paylayanlar mətbuata çıxarılmalı, ictimai qınağa məruz qalıb cavab verməlidirlər. İlk növbədə Xalq artisti fəxri adı verilən sənətçinin ailə mənsubiyyəti də bəlli olmalıdır. Bilinməlidir ki, bu insanın ailəsi, tərbiyəsi xalqın adını daşımağa layiq səviyyədədirmi? Yoxsa ailəsi, abır-həyası, isməti olmayan, küçələrdə veyillənənlərə fəxri ad vermək olmaz”.
Bir müddət əvvəl səhhətində ciddi problemlər yaranan Ə.Mahmudbəyov prezident təqaüdü almaq üçün ölkə başçısına müraciət etdiyini bildirib:
“Mənim artıq 77 yaşım var və xəstəliyimlə bağlı çox çətinlik içərisində yaşayıram, həm maddi, həm mənəvi. Bütün sənədlərim nazirliyə təqdim edilib, həmçinin prezident təqaüdü ilə bağlı ölkə başçısına da müraciət etmişəm. Əvvəla mən sənətim müqabilində bunu qazanmışam, təqaüd mənim halal haqqımdır. İndiyə qədər danışmamışam, amma indi danışıram çünki ehtiyac var. Mən özümü həmişə qazi saymışam. 20 Yanvar qazisiyəm, bu haqda mən heç vaxt danışmamışam, o baxdığınız kadrları çəkənlərin biri mənəm. Həmin vaxt hətta güllə yarası almışam. Mən yalançı erməni təbliğatını illərdir ifşa etdiyim üçün bu gündəyəm. İçimizdə, ocağımızın başında oturan ermənilər məni bu günə qoyublar. Nə fəxri adımı, nə evimi, nə də təqaüdümü verirdilər. Amma mən hər zaman işimi görmüşəm. Mən bu yolda özümü ideoloji qazi hesab edirəm, haqqımdır, istəyirəm ki, dövlət məni dolandırsın, artıq mən işləyə bilmirəm. Hər ay dostlar iynə-dərmanımı almağa yardım edir. Onların mənə borcu yoxdur axı. Niyə mənə salam verməyi özünə şərəf sayanlar hamısı illərdir prezident təqaüdü alır, mənsə ehtiyac içərisində yaşayıram?”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31 |
|
|
|
|