"İçinizdəki kin və aqressiyadan çox iyrəndim"
Tarix: 23-01-2021, 11:15 |
Çap et
Aktrisa Pərvin Abıyevanın adı ətrafında yaranmış qalmaqal səngimək bilmir. Bir neçə gün öncə guya porno videosu yayılan aktrisanın sosial şəbəkədə onun ünvanına əxlaqsız sözlər işlədən Qabil Məmmədovu biabır etməsindən sonra mövzu daha da böyüdü.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkələrdə tənqid atəşinə tutulan 30 yaşlı sənətçi artıq bu söhbətlərdən bezdiyini yazıb:
“İyrəndim “İnstagram”dan da, insanların önyarğısından da. İçinizdəki kin və aqressiyadan çox iyrəndim. 44 gün birlik, həmrəylik göstərən insanlar getdi, yerinə cani monsterlər gəldi! Allah hər birinizdən razı olsun, bütün günahlarımı alırsınız. O biri dünyada hamınız mənim yerimə cavab verərsiniz. Boğulun öz zibilliyinizdə!"