"Bütün günü otururam anamın yanında, əlləri şişib, ovuşdururam"
Tarix: 26-01-2021, 15:34 |
Çap et
Əməkdar artist Firuzə İbadova "Xəbər-ətər" proqramında qonaq olub.
Müğənni efir zaman bikef olması ilə diqqət çəkib. O, aparıcının bunla bağlı suallarına belə cavab verib. İbadova sosial şəbəkədə tənqid edilməmək üçün efirdə istədiyi kimi davrana bilmədiyini etiraf edib:
"Sosial şəbəkədə yazılanlara görə heç nə etmək istəmirəm. Xahiş edirəm, belə etməyin. Artıq efirlərə getmək istəmirəm. Nəsə edəndə, başlayırlar tənqid yazmağa. Mahnı oxuyanda əl çalmaq istəyirsən, düşünürsən ki yazacaqlar niyə sevinirsiniz?".
Sənətçi daha sonra anası üçün narahat olduğunu söyləyib:
"Anamın 93 yaşı var. Onun üçün çox narahatam. Ana-bala mövzusu olan yerdə, kainatda hər şey boşdur. Onu evdə qoyub heç yerə gedə bilmirəm. Ona görə də dostlarım məndən inciyir. Valideyn itkisi ağır bir şeydir. Bütün günü otururam anamın yanında, əlləri şişib, ovuşdururam. Kaş bu dünyaya gəlməyəydim, anamın qocalıb getməyini görməyəydim. Ürəyimə ağrı verir". //Axşam.az//