Əməkdar artist Səbinə Babayeva paylaşımı ilə diqqət çəkib. Sənətçi adını çəkməsə də, müğənni Dilarə Kazımovaya söz atıb.
“MediaPost” xəbər verir ki, buna səbəb isə ifaçının yeni təqdim etdiyi “Azərbaycanım” adlı klipindəki obrazıdır. Səbinə iddia edib ki, D.Kazımova onun Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş konsertdə “Ey Azərbaycanım” performansını təkrarlayıb:
“Hər artistin özünə məxsus səsi var, həmçinin də səhnə hərəkəti, jesti, mimikası, səhnə paltarının tərzi və s. Bütün bunlar bir obraz yaradır. Hər artistin öz ürəyinə, istedadına, zövqünə görə obrazı, imici var. İmic nədir və hardan gəlir? Öz daxili dünyan, ürəkdən ifa etdiyin musiqi ilə səmimi şəkildə qovuşanda - məhz sənin obrazın ortaya çıxır, artıq sən varsan! Sən heç kəsə bənzəmirsən, özün olursan!
Bəli, özünü axtarıb tapmaq çətin işdir, hansısa imicmeykerin yanına gedib, başqasından götürülmüş hazır imici özünə yapışdırmaq daha asan gəlir. Amma o halda sən özünü boğub başqasını təkrar etmiş olursan. Nə olursan ol, özün ol”.